Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avropada yay və qış vaxtlarına keçid ləğv edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada yay və qış vaxtlarına keçid ləğv edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Parlamenti (AP), üzv ölkələrdə yay və qış aylarında saat dəyişikliyi edilməsinə son qoyulmasına dair hazırlanan qanun layihəsini təsdiqləyib. "Marja" xəbər verir ki, tək saat tətbiqinə keçilməsini nəzərdə tutan qanun 192-yə qarşı 410 səslə qəbul edilib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Qanuna görə, Avropa Birliyinə üzv ölkələr 2020-ci ilin Aprel ayına qədər yay və ya qış saatını istəklərindən asılı olaraq tətbiq edə biləcəklər. 2021-ci ildən etibarən isə mövsümi saat tətbiqinə son qoyulacaq.

 

AB ölkələrində hər il mart ayının son bazar günü saatlar bir saat irəli, oktyabr ayının son bazar günü də bir saat geri çəkilir.

 

 

AB Komissiyasının yay saatı tətbiqi haqqında fikir öyrənmək üçün keçən il keçirdiyi sorğuda 4,6 milyon nəfər iştirak etmişdi.

 

Sorğuda, iştirakçıların 84%-i yay və qışda fərqli saat tətbiqinə qarşı çıxmışdı.

27.03.2019 03:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ