Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dünyaca məşhur şirkət Azərbaycanın “Marcom” şirkəti ilə maraqlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyaca məşhur şirkət Azərbaycanın “Marcom” şirkəti ilə maraqlanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqəmsal marketinq sahəsində öz əməkdaşlarına yatırım etməkdə fərqlənən “Marcom” Marketinq və Kommunikasiya şirkəti dünyaca məşhur “Hubspot” şirkətinin diqqətini cəlb edib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, dünya üzrə marketinq və satış platformalarının hazırlanması üzrə ixtisaslaşmış “Hubspot” şirkəti “Marcom” MMC şirkətinə Azərbaycan üzrə tərəfdaşı olmağı təklif edib.

 

“Bizim üçün sevindirici haldır ki, "Hubspot" kimi dünya markasının diqqətini cəlb edə  bilmişik. Rəqəmsal marketinq bizim şirkətin ana xəttini təşkil edir. Biz bu istiqamətdə daima yenilikləri araşdırır və əməkdaşlarımızın inkişafı üçün yatırımlar edirik. “Hubspot” şirkətinin bizə maraq göstərməsinin əsas səbəbi əməkdaşlarımızın həmin şirkətə məxsus olan sertifikatları əldə etməsi olmuşdur”,- deyə şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev “Marja”ya bildirib.

 

 

Onun sözlərinə görə hal-hazırda tərəflər arasında danışıqlar gedir: “Bu istiqamətdə razılığa gəlmək çətin məsələdir. “Hubspot”, Google Akademiyası ilə bir sırada adı çəkilən qlobal bir şirkətdir. Bazar hələ “Hubspot” şirkətinin təklif etdiyi xidmətlərə hazır deyildir. Yerli şirkətlər “inbound marketinq” istiqamətini indi-indi eşitməyə başlayırlar. Bundan əlavə şirkətlərin böyük əksəriyyəti öz veb platformalarında kontentin zənginliyinin olmamasından əziyyət çəkir. Belə olan halda “Hubspot” şirkətinin qarşısında öhdəlik götürüb sonradan onun icrasında çətinliklərlə üzləşmək hər iki markanın imicinə kölgə sala bilər. Bu baxımdan danışıqları mərhələli şəkildə davam etdiririk. Marcom şirkəti olaraq hal-hazırda yerli şirkətləri marketinqin müxtəlif istiqamətləri ilə bağlı maarifləndirməkdə davam edirik. Hədəfimiz sağlam rəqabət mühiti yaratmaq və bu istiqamətdə peşəkar kadrlar yetişdirməkdir.”

 

Qeyd edək ki, Marcom şirkəti həm Azərbaycan, həm də Gürcüstan bazarında fəaliyyət göstərir. Şirkət, hər iki ölkə üzrə ümumilikdə 36 marketinq xidmət təklif edir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

27.03.2019 06:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ