Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Türkiyəyə təbii qaz ixracını 36% artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Türkiyəyə təbii qaz ixracını 36% artırıb

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 808 mln. kub metr təbii qaz ixrac edilib.

 

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında bildirilib.

 

2018-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə qardaş ölkəyə ixrac edilən təbii qazın həcmi 36% çoxdur. Azərbaycandan nəql olunan qaz Türkiyənin hesabat ayında ümumi qaz idxalının 13,91%-ni təşkil edib.

 

Bu ilin ilk ayında Türkiyənin təbii qaz idxalı ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə 6,54% azalaraq 5 mlrd. 810 mln. kub metr təşkil edib.

 

Türkiyənin idxal etdiyi təbii qazın 3 mlrd. 470 mln. kub metri boru kəmərləri, 2 mlrd. 340 mln. kub metri isə mayeləşdirilmiş təbii qaz (LNG) daçıyıcıları vasitəsilə nəql edilib.

 

Belə ki, yanvarda Türkiyə Rusiyadan 1 mlrd. 837 mln. kub metr, İrandan isə 824 mln. kub metr təbii qaz idxal edilib. Təbii qazın qalan idxal hissəsi isə Əlcəzair, Nigeriya, ABŞ, Qətər, Misir, Ekvotorial Qvineyadan həyata keçirilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar ayında Türkiyənin ümumi təbii qaz idxalı 6 mlrd. 217 mln. kub metr təşkil edib. 2018-ci ilin yanvar ayında isə Azərbaycandan Türkiyəyə 594,15 mln. kub metr təbii qaz ixrac edilib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

27.03.2019 11:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ