Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Diqlas”dakı yanğına görə banklara xahişlər edilə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Diqlas”dakı yanğına görə banklara xahişlər edilə bilər

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov “Diqlas” ticarət mərkəzində baş verən yanğından zərərçəkən satıcılarla görüşüb.

 

Reklam_3_11

İcra başçısı onların şikayətlərini dinləyib və bu gün saat 4-də sahibkarla görüşəcəyini qeyd edib.

 

İcra başçısı qeyd edib ki, kimin bankda krediti varsa, bank rəhbərlərindən kreditin ödənilməsi ilə bağlı xahiş edərik: “İndi istintaqa öz izahatınızı verin və borclarını ifadənizdə qeyd edin ki, məsələlər tez yekunlaşsın. Kimə işləmək üçün yer lazımdırsa gəlin, bu barədə də müraciət edin. 

 

Mağaza satıcılarından biri icarəyə götürdüyü obyektinin 2 dəfə yandığını, hər dəfə də onlara kompensasiya veriləcəyini qeyd etsələr də, buna əməl edən olmadığını diqqətə çatdırıb : “Dedilər ki, 7 ay yer pulu verməyəcəksiniz, sadəcə iki ay gözlədilər, 3-cü ay isə aldılar. Sahibkarı ("Diqlas"ın sahibini - red) bura dəvət edin, yerindəcə camaata dəyən ziyanı ödəsin".

 

 

Mağazası yanan zərərçəkmiş xanımlardan biri isə bildirib ki, istintaqın başa çatmasını gözləmək istəmirlər:

 

“Hələ beş ay istintaq gedəcək. Bu beş ayda mənim uşağım nə yeyəcək? Bilmək olmaz, bəlkə mənim malımı gecəl yığıb sonra od vurublar?! Mənə deyəcəklər ki, malın yoxdur. Biz axşam blomu təhvil veririk, səhər də gəlib mağazanı açırıq. Səhər gəldik gördük ki, ticarət mərkəzi yanır. Nə qədər etdimsə, məni içəri qoymadılar. Əmanətimi götürmək istəyirdim. 10 ildir orada işləyirəm. Hər ay sosial və vergidən başqa 1000 manat icarə haqqı vermişəm. Onlar lüks həyat yaşayırlar, lüks maşınlarda otururlar. Biz isə evimizi satmışıq, heç nəsiz qalmışıq”.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© "Qafqazinfo"

27.03.2019 11:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ