Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Deputat: “Qardaşım Məhərrəmin “Diqlas” ilə hər hansı bağlılığı yoxdur”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Deputat: “Qardaşım Məhərrəmin “Diqlas” ilə hər hansı bağlılığı yoxdur”

Milli Məclisin deputatı Adil Əliyev yanan “Diqlas” Ticarət Mərkəzinin bir hissəsinin qardaşı, ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevə məxsus olması ilə bağlı məlumatlara münasibət bildirib.

 

A.Əliyev deyib ki, Məhərrəm Əliyevin heç bir ticarət obyektinə birbaşa və dolayısıyla bağlılığı yoxdur.

 

 

O qeyd edib ki, dayısıoğlu Nadir Əzizovun ticarət mərkəzi var, adı da “Ramal”dır: “Həmin ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti - istər “Diqlas”, istərsə də “Ramal” - özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

 

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub, ticarət mərkəzi tamamilə yararsız hala düşüb. Bəzi mətbuat orqanlarında həmin ticarət mərkəzinin bir hissəsinin Məhərrəm Əliyevin qohumlarına məxsus olması ilə bağlı məlumatlar yayılıb. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

 

Məhərrəm Əliyev

27.03.2019 11:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ