Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Assosiasiya sədri: "Bu il üçün az soğan əkilib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Assosiasiya sədri: "Bu il üçün az soğan əkilib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanda soğanın qiyməti ötən il çox aşağı olub və fermerlərə zərər vurub. Ola bilsin ki, bunu nəzərə alan sahibkarlar bu il üçün az soğan əkiblər və son nəticədə qiymət artıb". 

 

Reklam_3_11

Bunu  açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev ölkədə soğanın 2 dəfə bahalaşmasına münasibət bildirərkən deyib. 

 

Qeyd edək ki, hazırda daxili bazarda 1 kq soğan 1,3-1,5 manata satılır ki, bu da təxminən 2 dəfə bahalaşma deməkdir. 

 

"Fevralda soğan istehsalçıları ilə görüş keçirilmişdi. Onda sahibkarların qiymətdən hər hansı şikayəti yox idi, əksinə soğanın keçən ilə nisbətən qismən bahalaşmasına (ötən il soğanın qiyməti 0,25-0,40 manat təşkil edirdi) görə sevinirdilər. Mən bildiyimə görə, ötən ayın sonuna qədər Türkiyəyə ixrac həyata keçiriləcəkdi. Mart ayında istehsalçılarla görüşməmişik”, - deyə o, əlavə edib. 

 

 

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır.

 

“Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə çox - 7 min tondan çox soğan ixrac edib ki, bunun da təxminən 6 min tonu Türkiyəyə göndərilib. Bununla belə, daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur. Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəgin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək”, - deyə nazirlik bəyan edib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© “Report”

27.03.2019 12:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ