Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Diqlas”ın 98 faizi yanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Diqlas”ın 98 faizi yanıb

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından sonra ərazidə təmizlik işləri aparılır.

 

Yanğın baş verən binada alovun qarşısı alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ərazini tərk etməyib və bina indiyədək FHN-nin canlı heyəti və texnikası vasitəsilə mühafizə olunur.

 

 

Hazırda binada təmizlik işləri aparılır. Ərazidə təmizlik işləri yekunlaşdırıldıqdan sonra bina müvafiq qurumlara təhvil veriləcək. Eyni zamanda binada yaxın günlərdə söküntü işləri aparılacaq.

 

Məlumata görə, “Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi binada baş verən yanğın, təxminən, 17 min kvadrat metrdən çox sahəni əhatə edib. Binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın digər hissələri (17 284 kvadratmetr) isə yanıb. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir. Yəni, “Diqlas”ın ümumi sahəsinin 98%-i yanıb. 

 

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© “Report”

27.03.2019 12:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ