Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Direktor müavini “Diqlas” ticarət mərkəzinin dəyərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Direktor müavini “Diqlas” ticarət mərkəzinin dəyərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Hava limanından birbaşa bura gəlmişəm. Xaricdə əməliyyat olunacaqdım, yarımçıq qoydum. “Diqlas” Ticarət Mərkəzinin təməli qoyulandan burdayam. Bura öz övladım kimi baxıram. Həyat elə gətirdi ki, ticarət mərkəzi iki hissəyə bölündü. Mən bu ticarət mərkəzinin bir hissəsini idarə edirəm. Hazırda obyektin qiyməti 25 milyon manatdır. Fəaliyyətim dövründə heç bir sahibkarı incitməmişəm. Məni və Rasimi tutsalar, nə olacaq ki?! Ona görə biz müzakirə etməliyik".

 

Bunu yanan “Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov sahibkarlarla görüşündə deyib.

 

A.Rəhimov ticarət mərkəzinin tezliklə təmir olunmasını vacib sayıb:

 

“Bu, mənim təklifimdir. Obyekt təmir olunsun, sahibkarlar fəaliyyətə başlasınlar, onlardan pul alınmasın. Ürəyim yanmasaydı, bura gəlməzdim, mən də sizinləyəm, zərərçəkmişəm. Orada olan sahibkarların da sığortası yoxdur. Ona görə də düşünüb bu məsələni başqa formada həll etməliyik. Hər kəs haqqını istəyir, dövlətin əleyhinə getmir. Xahiş edirəm, mənə vaxt verin, sahibkarların bəziləri ilə görüşüm, sonra sizə yekun məlumat verim”.

 

 

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.

 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

27.03.2019 13:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ