Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Günay Sığorta”nın mənfəəti ildən-ilə azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günay Sığorta”nın mənfəəti ildən-ilə azalır

“Günay Sığorta” ASC 2018-ci ili 57 min 41 manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 40,5% azdır. Şirkət 2017-ci ili 95,9 min manat, 2016-cı ildə isə 105,6 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ildən-ilə “Günay Sığorta”nın qazancı azalıb. Səbəb xərclərin kəskin artmasıdır. 

 

Reklam_3_11

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Günay Sığorta”nın cəmi gəlirləri 8 milyon 440 min manat, cəmi xərcləri 8 milyon 379 min manat təşkil edib. Nəticədə şirkətin 61 min 252 manat maliyyə mənfəəti formalaşıb. Maliyyə mənfəəətindən 4 min 210 manat mənfəət vergisi ödənilib.

 

2017-ci ildə “Günay Sığorta”nın cəmi gəlirləri 5 milyon 506 min manat, cəmi xərcləri isə 5 milyon 410 min manat təşkil etmişdi.2017-ci ildə sığorta haqlarının böyük hissəsi ehtiyatlara yönəldildiyindən cəmi gəlir aşağı düşmüşdü.

 

İllik müqayisədə şirkətin hesabladığı sığorta haqları 9 milyon 506 min manatdan 5 milyon 837 min manata düşüb. Sığorta ödənişləri isə 1 milyon 154 min manatdan 3 milyon 328 min manata yüksəlib.

 

2017-ci illə müqayisədə “Günay Sığorta”nın topladığı sığorta haqları 3 milyon 627 min manat və ya 38,1% azalıb, sığorta ödənişləri isə 2 milyon 173 min manat və ya 2,9 dəfə artıb. Şirkətin sığorta ödənişləri üzrə xərclərinin kəskin artması gəlirlərinin artmasını silib və nəticədə xalis mənfəət daha da aşağı düşüb.

 

 

İcbari avtomobil sığortası üzrə zərərliliyin artması sığorta şirkətlərini qazancdan məhrum edir. Şirkətlərin maliyyə hesabatlarından məlum olur ki, 2018-ci ildə icbari avtomobil sığortası üzrə xərclər daha da artıb. Sığorta şirkətlərinin rəhbərləri Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılmasını vacib hesab edirlər.

28.03.2019 05:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ