Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Diqlas”ın yanması nəticəsində 420 sahibkara ziyan dəyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Diqlas”ın yanması nəticəsində 420 sahibkara ziyan dəyib

Kompensasiya onların bank hesablarına köçürüləcək


 

Reklam_3_11

“Bu gün Nizami Rayon İcra Hakimiyyətində “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində zərər çəkən sahibkarlarla keçirilən görüşdə Prezident Administrasiyasının nümayəndələri də iştirak ediblər. Bu məsələ Prezident İlham Əliyevin nəzarətindədir. Prezidentin tapşırığı müzakirə olunmur, icra olunur”.

 

Bunu  açıqlamasında Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev deyib.

 

 

Onun sözlərinə görə, “Diqlas” ticarət mərkəzinin yanması nəticəsində 420 vətəndaşa ziyan dəyib: “Dəymiş ziyanın qiymətləndirilməsi üçün komissiya yaradılacaq. Komissiyanın yaradılması ən geci sabah başa çata bilər. Qiymətləndirmə başa çatdıqdan sonra müvafiq vəsait ayrılacaq. Həmin vəsait də sahibkarların bank hesablarına köçürüləcək. Sahibkarlar dəymiş ziyanı dəqiq açıqlasalar, yaxşı olar. Belə olan halda, həm onların, həm də bizim işimiz asan olar. Bütün hallarda proses nəzarətdə olacaq”.

 

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

28.03.2019 08:37

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ