Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Agentlik əlavə endirimlə 28 min manata mənzillər satıb - İKİNCİ SATIŞIN NƏTİCƏLƏRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentlik əlavə endirimlə 28 min manata mənzillər satıb - İKİNCİ SATIŞIN NƏTİCƏLƏRİ

Yasamal Yaşayış Kompleksində mənzillərin ikinci satışı başa çatdı


 

Reklam_3_11

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə 25.01.2019-cu il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 174  mənzildən 152-nin alqı-satqısı başa çatmışdır.

 

Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, güzəştli şərtlərlə əldə edilmiş 152 mənzildən 37-si 1 otaqlı, 83-ü 2 otaqlı, 32-si isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 34-ü mənzili öz vəsaiti hesabına, 118-i isə güzəştli ipoteka krediti hesabına əldə etmişdir.

 

Mənzilləri əldə etmiş vətəndaşlardan ilkin olaraq 6%-i “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22%-ə qədər yüksəlmişdir. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

 

-1 otaqlı mənzil üçün 28 301 manat (endirimdən əvvəl bu məbləğ 31 445 manat olmuşdur);

 

-2 otaqlı mənzil üçün 42 904 manat (endirimdən əvvəl bu məbləğ 47 671 manat olmuşdur);

 

-3 otaqlı mənzil üçün 59 432 manat (endirimdən əvvəl bu məbləğ 66 035 manat olmuşdur) ödəniş etmişdir.

 

Bununla yanaşı, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq olunmuşdur. Həmin şəxslərdən 33%-i minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10% həcmində əlavə endirimlə mənzilə sahib olmuşdur. Nəticədə:

 

1 otaqlı mənzil üçün aylıq ödəniş 92 manatdan (360 ay müddətinə; Satış elanında 1 otaqlı mənzil üçün 129-136 manat aylıq ödəniş qeyd olunmuşdur);

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

2 otaqlı mənzil üçün aylıq ödəniş 142 manatdan (360 ay müddətinə; Satış elanında 2 otaqlı mənzil üçün 205-236 manat aylıq ödəniş qeyd olunmuşdur);

 

3 otaqlı mənzil üçün aylıq ödəniş 269 manatdan (360 ay müddətinə; Satış elanında 3 otaqlı mənzil üçün 283-288 manat aylıq ödəniş qeyd olunmuşdur) başlayır.

 

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər üstünlük təşkil edir. Ümumilikdə mənzil alanların 58%-nin yaşı 35-ə qədərdir.

 

Vətəndaşlar tərəfindən seçilən, lakin sonradan əldə etmədikləri mənzillərin sayı isə 22-dir (7-si 1 otaqlı, 9-u 2 otaqlı, 6-sı 3 otaqlı). Həmin mənzillər növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaqdır.

 

 

Mənzillərin əldə edilməməsinin səbəbləri:

 

-Seçdiyi mənzilin otaq sayı və mərtəbəliliyi ilə bağlı qərarını sonradan dəyişdiyinə görə – 5 nəfər;

 

-Ailənin gəliri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaiti hesabına almağa kifayət etmədiyinə görə – 10 nəfər;

 

-Güzəştli kateqoriyaya aid statusunu itirdiyindən ipoteka krediti verilmədiyinə görə – 3 nəfər; (“Gənc ailə” (35 yaş) statusunu itirdiyindən – 2 nəfər, iş yerini tərk edən – 1 nəfər)

 

-Yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə (63 yaş və yuxarı) – 2 nəfər;

 

-Şəxsi səbəblərə görə – 2 nəfər.

 

Satışın nəticələri barədə statistik məlumatlarla daha ətarflı buradan tanış ola bilərsiniz.

 

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində mənzillərin 05.09.2018-ci il və 25.01.2019-cu il tarixlərində həyata keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olmuşdur. “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı hazırda 10 543 nəfərdir. Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcəkdir.

28.03.2019 09:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ