Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

STP-dən Metaləritmə zavodunda baş vermiş hadisə barədə açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
STP-dən Metaləritmə zavodunda baş vermiş hadisə barədə açıqlama

22 mart 2019-cu il tarixdə səhər saatlarında Sumqayıt Texnologiyalar Parkının Metaləritmə zavodunda bədbəxt hadisə baş verib. 

 

Parkın yaydığı məlumatda bildirilir ki, poladəritmə zamanı qaynar metal ərintisi  təzyiqlə sıçrayaraq qazanın ətrafında olan 4 işçiyə xəsarət yetirib. Zərərçəkənlərdən biri sıçrama yerinə yaxın olduğu üçün xəsarəti ağır olub və daha sonra martın 26-sında xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin vəziyyəti normaldır və onlardan biri  artıq işə çıxır. 

 

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları araşdırma aparır.  Araşdırma başa çatdıqdan sonra hadisənin səbəbləri barədə dəqiq  məlumat veriləcək. 

 

 

Qeyd edək ki, işçilər bayram vaxtı əmək məcəlləsinə uyğun olaraq qanun çərçivəsində növbəli iş rejimində çalışıblar. Əməkdaşların hər biri icbari siğorta olunublar.  Bununla yanaşı, şirkətimiz xəsarət alanların və dünyasını dəyişən əməkdaşımızın bütün xərclərini qarşılayıb, bundan sonra da lazımı dəstək göstəriləcək. 

 

Rəhmətə gedən əməkdaşımız Minyaz Seyidəliyevin yaxınlarına bir daha baş sağlığı verir,  xəsarət almış Mürşüd Məmmədov, Vüqar Cəlilov və Ceyhun Qaraşova Allahdan şəfa diləyirik. 

28.03.2019 09:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ