Ən yuxarı statik reklam-3_3

Azərbaycan Avropa ölkələrinə emal edilmiş quru xurmanın ixracına başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Avropa ölkələrinə emal edilmiş quru xurmanın ixracına başlayıb

“2018-ci ildə Azərbaycanda 200 min tona yaxın xurma istehsal edilib”.

 

Bu barədə  açıqlamasında Azərbaycan xurma istehsalçıları və ixracatçıları Assosiasiyasının sədri Qadir Yusifov məlumat verib.

 

Q.Yusifov qeyd edib ki, 2018-ci ildə 150 min ton məhsul ixrac edilib, 2019-cu ildə 50 min tona yaxın ixrac həyata keçirilib. Onunda 4 min tondan çox hissəsi mart ayının payına düşür.

 

“İxrac həyata keçirilmiş ölkələr əsasən Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, BƏƏ-dir”, - Q.Yusifov qeyd edib.

 

O əlavə edib ki, artıq Azərbaycan emal edilmiş quru xurma da ixrac edir: “Avropa ölkələrinə - Hollandiyaya, Almaniyaya, həmçinin Rusiyaya, Ukraynaya və digər yerlərə ixrac olunur. Lakin böyük həcmdə ixrac nəzərdə tutulmayıb”.

 

Q.Yusifovun sözlərinə görə, ötən ilin sentyabrdan bu ilin mart ayı da daxil olmaqla Azərbaycandan 150 mln. dollara yaxın xurma ixrac edilib.

 

Azərbaycanda xurma əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yetişdirilir. Balakən və Göyçayda yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

28.03.2019 11:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ