Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Amrah Sığorta”nın mənfəəti 9 dəfə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Amrah Sığorta”nın mənfəəti 9 dəfə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Amrah Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6 milyon 522 min manat təşkil edib.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,2% azdır.

 

2018-ci ildə “Amrah Sığorta”nın cəmi öhdəlikləri 39,4% artaraq 1 milyon 70 min manata çatıb, cəmi kapitalı isə 8,6% azalaraq 5 milyon 452  min manata düşüb.

 

Ötən il “Amrah Sığorta”nın gəlirləri 635 min manat (əvvəlki ilə nisbətən 49,6% az), xərcləri isə 580 min manat (24,2% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib. Son nəticədə “Amrah Sığorta” 2018-ci ili 55 min manat mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 88,9% və yaxud təxminən 9 dəfə azdır.

 

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Şirkətin səhmlərinin 85%-i Y.İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Ə.İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

28.03.2019 13:52

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ