Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Əmlakların sığortalanması üçün risklər azaldılmalıdır, sığorta şirkəti xeyriyyə cəmiyyəti deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Əmlakların sığortalanması üçün risklər azaldılmalıdır, sığorta şirkəti xeyriyyə cəmiyyəti deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bundan sonra hansısa formada tapşırıq verməlidir ki, obyektlərdə yanğından mühafizə sistemi gücləndirilsin, eləcə də sığortalanma imkanlarına yenidən baxılsın, sığorta məbləğləri artırılsın. Bu olsa, ticarət mərkəzinin rəhbərliyi icarədarlar qarşısında pis vəziyyətdə qalmaz, hansısa məsuliyyəti yarananda öhdəliyini yerinə yetirər”.

 

Bunu açıqlamasında sığorta bazarı üzrə ekspert Aqşin Əlizadə deyib.

 

Ekspertin sözlərinə görə, əmlakın sığorta olunması vacibdir, amma bunun üçün riskləri maksimum dərəcədə azaldılmalıdır: “Nəzərə almaq lazımdır ki, sığorta şirkəti xeyriyyə cəmiyyəti deyil və risklərini idarə etməyə çalışır. Sığortaçı maksimum dərəcədə təmiz riskləri götürməkdə maraqlıdır. “Diqlas” ticarət mərkəzi kimi obyektlərdə iki növ sığorta tətbiq oluna bilər. Bunlardan biri daşınmaz əmlakın özünün sığortalanması, digəri isə əmlak sahibinin mülki məsuliyyətinin sığortalanmasıdır. Hər ikisi icbari sığortadır.

 

 

Bundan başqa, sahibkarlar identifikasiya edilməsi mümkün olan malları da sığortalaya bilərlər. İdentifikasiya çox vacibdir. Təsəvvür edin ki, siz əmlakınızı 400 min manatlıq sığorta edirsiniz, amma yanğın baş verəndə məlum olur ki, orada heç 50 min manatlıq əmlak olmayıb. Hazırda daşınmaz əmlakın reyestri olduğu kimi daşınar əmlakın da reyestri var. Yəni ən azı həmin reyestrə salınmış mallar sığortalana bilər. Amma elə mallar da var ki, onları sığortalamaq mümkün deyil. Məsələn, hansısa corabı və yaxud paltarı identifikasiya etmək və sığorta obyektinə çevirmək mümkün deyil”.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

28.03.2019 14:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ