Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropanın bir sıra ölkələrinə nar ixracı ilə bağlı danışıqlar aparılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropanın bir sıra ölkələrinə nar ixracı ilə bağlı danışıqlar aparılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Avropanın bir sıra ölkələrinə nar ixrac etməyi planlaşdırır”.

 

Bunu Azərbaycan nar istehsalçıları və ixracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov bildirib.

 

Onun sözlərinə görə, hazırda Latviya, Polşa, Fransaya ixracla bağlı danışıqlar aparılır.

 

“Sözügedən ölkələr üçün məhsulun keyfiyyəti çox vacib bir məsələdir. Bununla bağlı yerli istehsalçılar tərəfindən keyfiyyətin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu ölkələrə məhsulun ixracını həyata keçirilməsi sentyabrda gözlənilir”, - Y.Axundov vurğulayıb.

 

 

Y.Axundov əlavə edib ki, ötən il Azərbaycanda 180 min ton nar istehsal edilib: “13 mln. dollarlıq da məhsul ixrac edilib. 2019-cu ilin ilk üç ayı ərzində cuzi həcmdə nar ixrac edib. İxrac həyata keçirilmiş ölkələr Rusiya, Ukrayna, Qazaxıstana olub”.

 

O həmçinin, nar emalı müəssələri ilə bağlı danışıb: “Müəssələrin yaradılmasi Aran rayonlarında nəzərdə tutulur. Hələlik bu məsələ müzakirə mərhələsindədir”

 

Qeyd edək ki, nar məhsulları İstehsalçıları və ixracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb. Quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı əsas etibarı ilə Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq və Qırmızı vələsdir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

28.03.2019 15:30

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ