Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qazaxıstanın təbii qaz ehtiyatı 3,9 trilyon kubmetrdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstanın təbii qaz ehtiyatı 3,9 trilyon kubmetrdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qazaxıstanda aşkar edilmiş təbii qaz ehtiyatları 3,9 trilyon kubmetr təşkil edir.

 

Bu sözləri "Təbii qaz daşıma infrastrukturunun inkişaf yolu ilə Qazaxıstanın enerji təhlükəsizliyini təmin etmək" adlı dəyirmi masada Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqəliyev bildirib.

 

Onun sözlərinə görə, Qazaxıstanın təbii qaz ehtiyatına görə dünyada 22-ci yerdədir. Təbii qaz ehtiyatının 98 faizi ölkənin qərbində çıxarılır.

 

Nazir müavini keçən il Qazaxıstanın təbii qaz hasilatının əvvəlki ilə görə 5 faiz artaraq 55,5 milyard kubmetrə çatdığını və istehsalın əsas hissəsinin “Karaçaqanak” (34 faizi), “Tengiz” (28 faizi) və “Kaşaqan” (14 faizi) yataqlarından çıxarıldığını, ötən il ümumi 19,4 milyard kubmetr qazın ixrac olunduğunu qeyd edib.

 

O, Qazaxıstanın 19 min kilometrlik Beyneu-Bozoy-Çimkent boru xətti ilə Çinə təbii qaz ixrac etdiyini deyib. 2017-2018-ci illərdə Çinə 5 milyard kubmetr təbii qaz ixrac edilib. Ötən il bu həcmin ildə 10 milyard kubmetrə çatdırıldığını bildirib. Qazaxıstandan Çinə Beyneu-Bozoy-Çimkent boru xətti ilə ildə 15 milyard kubmetr qaz ixrac edilməsi üçün danışıqlar aparılır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Azərtac

28.03.2019 15:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ