Ən yuxarı statik reklam_3

“PAŞA Sığorta”nın xalis mənfəəti kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Sığorta”nın xalis mənfəəti kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “PAŞA Sığorta” ASC 2018-ci ili 22 milyon 416 min manat xalis mənfəət ilə başa vurub. Bu məbləğ, şirkətin 2017-ci ildəki qazancı ilə müqayisədə 71,2% çoxdur. “PAŞA Sığorta” 2017-ci ili 13 milyon 94 min manat xalis mənfəətlə bağlamışdı.

 

 

GƏLİRLƏRİ ARTIB

 

“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “PAŞA SIğorta”nın cəmi gəlirləri 134 milyon 364 min manat, cəmi xərcləri isə 106 milyon 14 min manat təşkil edib. Şirkət 28 milyon 350 min manat maliyyə mənfəətindən 5 milyon 934 min manat mənfəət vergisi ödəyib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

2017-ci ildə “PAŞA Sığorta”nın cəmi gəlirləri 111 milyon 697 min manat, cəmi xərcləri 95 milyon 202 min manat təşkil etmiş, Şirkət 16 milyon 494 min manat maliyyə mənfəətindən 3 milyon 400 min manat mənfəət vergisi ödəmişdi.

 

DAHA ÇOX HAQQ YIĞIB

 

Ötən il “PAŞA Sığorta”nın topladığı sığorta haqları 124 milyon 773 min manat, sığorta ödənişlıəri isə 49 milyon 520 min manat təşkil edib. 2017-ci ildə Şirkətin topladığı sığorta haqları 104 milyon 911 min manat, sığorta ödənişləri isə 44 milyon 990 min manat təşkil etmişdi.

 

ŞİRKƏT BÖYÜYÜB

 

31 Dekabr 2018-ci il tarixində “PAŞA Sığorta” 174 milyon 824 min manat cəmi aktivlərə, 74 milyon 997 min manat cəmi kapitala və 99 milyon 828 min manat cəmi öhdəliklərə malik olub.  31 Dekabr 2017-ci il tarixində “PAŞA Sığorta” 153 milyon 36 min manat cəmi aktivlərə, 66 milyon 152 min manat cəmi kapitala və 86 milyon 883 min manat cəmi öhdəliklərə malik idi.

29.03.2019 04:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ