Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Agentlik: Tədbirlər uzun illər külli miqdarda gəlir əldə etmiş şəxslər tərəfindən xoş qarşılanmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentlik: Tədbirlər uzun illər külli miqdarda gəlir əldə etmiş şəxslər tərəfindən xoş qarşılanmır

“Ölkəmizdə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən islahat xarakterli tədbirlər bu sahədə uzun illərdən bəri insanların təhlükəsizliyi və gələcək nəsillərimizin sağlamlığı bahasına qanunsuz olaraq külli miqdarda gəlir əldə etmiş müəyyən şəxslər tərəfindən heç də xoş qarşılanmır”.

 

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sahibkarlar və vətəndaşlara müraciətində deyilir.

 

Qeyd edilib ki, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində Agentlik tərəfindən aparılan yoxlama nəzarət tədbirləri zamanı aşkar olunan qanunsuz hallara qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçirilməkdədir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

“Agentlik qida sahəsində həyata keçirilən nəzarət tədbirlərində şəffaflığın və effektivliyin daha da artırılması üçün sahibkarları və vətəndaşları prosesdə aktiv iştirak etməyə dəvət edir.

 

Agentliyin əməkdaşları tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən yoxlama-nəzarət tədbirləri, baytarlıq və fitosanitariya nəzarəti, idxal-ixrac proseslərində sənədləşmə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı sahibkar və ya hər hansı bir vətəndaş tərəfindən qanunsuz hal müşahidə olunarsa, bununla bağlı hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

 

Qida  sahəsində qanunsuz fəaliyyətlərin və  pozuntuların vaxtında və operativ şəkildə qarşısının alınması üçün bir daha vətəndaşları prosesdə aktiv iştirak etməyə və neqativ hallarla bağlı  Agentliyin 1003 “Qaynar xətt”inə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verməyə çağırırıq”,- müraciətdə deyilir.

29.03.2019 06:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ