Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fransa bankı adı ilə Bakıda kredit təklifi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fransa bankı adı ilə Bakıda kredit təklifi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xarici ölkədə fəaliyyət göstərən bank adından Bakıda vətəndaşa qarşı dələduzluq etmək istəyiblər. Hadisə Yardımlı sakini Nail Ağaverdiyevin başına gəlib.

 

Həmin şəxsin sözlərinə görə, bir neçə gün əvvəl sosial şəbəkədə ona Samira adlı bir qadın yazıb. Qadın Fransadakı banklardan birinin əməkdaşı olduğunu deyərək, Nail Ağaverdiyevə kredit götürməyi təklif edib. Nail Samira adlı qadından 5 min dollar götürmək istədiyini deyib. Qadın onunla türk dilində yazışdıqdan sonra mobil telefon nömrəsini istəyib.

 

 

Bir neçə dəqiqə sonra ''+229 60 46 11 22'' nömrəli mobil telefondan Nail Ağaverdiyevə ''votsap''dan mesaj gəlib. Özünü Fransada bank müdri kimi qələmə verən şəxs Nail Ağaverdiyevin ad və soyadına yazılmış və möhürlü bir müqavilə sənədi göndərib. Məlumat verib ki, həmin müqavilə sənədini çap edərək imzalasın və təkrar mobil telefon vasitəsilə şəklini çəkib onlara göndərsin. Ardından isə 143 dolları ödəmək üçün bir hesab nömrəsi göndərib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Nail Ağaverdiyev bunun bir dələduzluq olduğunu anlayıb və tələb edilən məbləği göndərməyib. Araşdırma zamanı məlum olub ki, həmin mobil nömrə Afrika qitəsində yerləşən Benin Respublikasına məxsusdur. Hüquqşünas Anar Ramazanov xarici ölkədə olan hansısa bir bankın telefon vasitəsilə yazışaraq vətəndaşa kredit verməsinin mümkün olmadığını deyir.

 

Hüquqşünas bu kimi faktla üzləşən şəxslərə ərazi üzrə polis idarəsinə müraciət etməyi tövsiyyə edir.

29.03.2019 07:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ