Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Türkiyənin xarici ticarət kəsiri 63,1% azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin xarici ticarət kəsiri 63,1% azalıb

Türkiyə Statistika Komitəsinin məlumatına görə, Türkiyənin ixracı 2019-cu ilin fevral ayında 2018-ci ilin eyni ayı ilə müqayisədə 3,4% artaraq 13 milyard 593 milyon dollar, idxalı isə 16,9% azalaraq 15 milyard 727 milyon dollar təşkil edib.


 
"Marja" xəbər verir ki, xarici ticarət kəsiri 63,1% azalıb. 

Reklam_3_11


 
Belə ki, Fevral ayında xarici ticarət kəsiri 63,1% azalaraq 2 milyard 134 milyon dollara geriləyib. İxracın idxalı qarşılama nisbəti 2018-in Fevral ayında 69,4% ikən, 2019-un Fevral ayında 86,4%-ə yüksəlib.

 

 
 
 İxracda Almaniya, idxalda Rusiya birinci yeri tutub
 

Almaniyaya aparılan ixrac 2019-un Fevral ayında 1 milyard 225 milyon dollar təşkil edib. Növbəti yerlərdə 857 milyon dollar ilə Birləşmiş Krallıq, 815 milyon dollar ilə İtaliya və 741 milyon dollar ilə İspaniyadır. Rusiyadan edilən idxal 2019-cu ilin Fevral ayında 1 milyard 577 milyon dollar təşkil edib. Bu ölkənin ardınca 1 milyard 371 milyon dollar ilə Çin, 1 milyard 347 milyon dollar ilə Almaniya və 842 milyon dollar ilə ABŞ gəlir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

İdxalın və xirici ticarət kəsirinin azalmasına baxmayaraq bu gün də Türk Lirəsi Dollar qarşısında ucuzlaşıb. Bakı vaxtı ilə saat 11:40-da Dollar/TL məzənnəsi 1,4% artımla 5.6385 səviyyəsində olub. Bu gün Dollar/TL məzənnəsinin Türkiyədəki seçki öncəsi son əməliyyat günüdür. Bazar günü Türkiyədə bələdiyyə seçkisi keçiriləcəkdir. 

29.03.2019 08:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ