Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gələn həftə “Diqlas”da ziyana düşənlərə pul ödəniləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gələn həftə “Diqlas”da ziyana düşənlərə pul ödəniləcək

“Əsas məqsədimiz gələn həftədən dəstək tədbirlərinə başlamaqdır”.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu “Diqlas”ın yanması nəticəsində zərər çəkmiş sahibkarlar ilə görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

 

“Sizinlə bugün, şənbə və bazar günləri də İşçi Qrupu çalışacaqdır. Biz düşünürük ki, artıq gələn həftə ilkin nəticələrə əsasən dəstək tədbirlərinə başlayaq. Məqsədimiz budur. Siz də məlumatlarınızı və sənədlərinizi dəqiq təqdim etməlisiniz”,- nazir deyib.

 

 

Şahin Mustafayev əlavə edib ki, artıq Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq vəsait ayrılıb.

 

Qeyd edək ki, bu gün sahibkarlara anketlər təqdim edilib. Sahibkarlar anketlərdəki suallara cavab verərək İşçi qrupuna təqdim etməlidirlər.   

29.03.2019 09:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ