Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sığorta ilə bağlı təcili iclas keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta ilə bağlı təcili iclas keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprelin 2-də Bakıda Caspian European Club-un sığorta üzrə komitəsinin təcili toplantısı təşkil olunacaq.

 

Bu barədə Caspian European Club-un  sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. 

 

İclasda sahə problemləri, həmçinin Caspian European Club-un  üzv şirkət rəhbərlərinin Azərbaycanın sığorta sektorunun inkişafı üzrə təklifləri müzakirə olunacaq. Komitənin iclasının sonunda xüsusi hesabat hazırlanacaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya ünvanlanacaq.

 

Caspian European Club həmçinin aprel-may aylarında geniş formatda Klub üzvləri ilə görüşmək, şirkətlərin təkliflərini dinləmək və bank və siğorta sektorlarının işinin yaxşılaşdırılmasına dair aktual suallara cavab vermək xahişi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışova müraciət edib.

 

 

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb.

 

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

29.03.2019 14:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ