Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan kapitalın çıxarılması artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan kapitalın çıxarılması artıb

 “Marja” 2018-ci ilin yekunu üzrə Azərbaycan Respublikasının Tədiyyə balansına istinadən xəbər verir ki, ötən il Azərbaycandan kapitalın çıxarılması (repatriasiyası) 3 milyard 156.2 milyon dollar təşkil edib. 

 

Reklam_3_11

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

2017-ci ildə Azərbaycandan 2 milyard 820,5 milyon dollar kapital çıxarılmışdı. 2017-ci illə müqayisədə 2018-ci ildə çıxarılan kapital 335,7 milyon dollar və ya təxminən 12% artıb.

 

"Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.1 mlrd.dollar olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neftqaz sektorunun xüsusi çəkisi 76.5% təşkil etmişdir. 2018-ci ildə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (952.9 mln.dollar) artımı cəlb olunmuş investisiya ilə (4 mlrd. 109.1 mln.dollar) kapitalın repatriasiyası (3 mlrd.156.2 mln.dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 967.1 mln.dollar olmuşdur",- Mərkəzi Bankın 2018-ci il üzrə Azərbaycanın Tədiyyə balansı məlumatında deyilir.

 

“Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5.7 mlrd.dollar olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86% təşkil etmişdir. 2017-ci ilin yanvar-dekabr aylarında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (2 mlrd.80.3 mln.dollar) artımı cəlb olunmuş investisiya ilə (4 mlrd. 900.8 mln.dollar) kapitalın repatriasiyası (2 mlrd.820.5 mln.dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 813.1 mln. dollar olmuşdur”, - Mərkəzi Bankın 2017-ci il ezrə Azərbaycanın Tədiyyə balansı məlumatında deyilirdi.

29.03.2019 16:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ