Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sumqayıtda metallurgiya klasteri yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtda metallurgiya klasteri yaradılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sumqayıt şəhərində 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bunu İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin İdarə Heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti prezident İlham Əliyevlə görüşdə deyib.

 

Reklam_3_11

Dövlət başçısının saytında verilən məlumata görə, G.Benedetti Azərbaycanda metallurgiya sənayesi ilə bağlı planlaşdırılan birgə layihələr barədə prezident İ.Əliyevə məlumat verib.

 

“Bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq və Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasını təmin edəcək”, – deyə o bildirib.

 

Baş icraçı direktor qeyd edib ki, bütün bu layihələrin özəl investisiya olaraq investorlar və Avropanın aidiyyəti bankları tərəfindən maliyyəşdirilməsi nəzərdə tutulur.

 

Azərbaycanda sahibkarlar üçün gözəl şəraitin mövcud olduğunu deyən prezident İ.Əliyev ölkəmizin xarici investorların cəlb edilməsində maraqlı olduğunu bildirib.

16.12.2016 06:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ