Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avtomobilin satılması, pul bağışlanması, borc və beh verilməsi bank vasitəsilə həyata keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobilin satılması, pul bağışlanması, borc və beh verilməsi bank vasitəsilə həyata keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə”  qərarlarında dəyişikliklər edilib. 

 

Reklam_3_11

Təlimatın 160-1-ci hissənin ikinci abzası  yeni redaksiyada verilir.

 

“Marja” xəbər verir ki, dəyişikliyə görə,daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Təlimatın köhnə versiyasında göstərilirdi:

 

-Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. 

 

Bundan sonra, daşınmaz əmlak ilə bərabər, daşınan əmalkın alqı-satqısı (məsələn avtomobilin alqı-satqısı), pul bağışlanılması, beh və borc verilməsi zamanı bir tərəf digərinə pulu bank vasitəsilə ödəməli olacaqdır. Eyni zamanda, daşınmaz əmlakda müəyyən edilmiş minimal məbləğ (5500 manat) də ləğv edilib. 

 

Daha ətraflı: Notariat hərəkətlərinin aparılması qaydaları dəyişdi

31.03.2019 08:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ