“Toyuq ətini marketlər bahalaşdırır”
Mal və qoyun ətinin bahalaşmasının ardından quş ətinin də qiyməti qalxıb. Bahalaşma yerindən asılı olaraq 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır. Bəs bahalaşmanın səbəbi nədir, və nə vaxtadək davam edəcək?
Toyuq ətinin qiyməti artıb. Satıcıların sözlərinə görə bahalaşma son günlər qeydə alınıb. Firmasından asılı olaraq qiymətlərdaki bahalaşma 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır.
Toyuq ətinin bahalaşması mağazalarla bazarlarda fərqlidir. Mağzalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır. Satıcılar qiymətlərin quş əti istehsalçıları tərəfindən qaldırıldığını iddia edir. Onların fikrincə bayramla əlaqədar bahalaşma davam edəcək.
Broyler firmalarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymətlərin qalxmasına görə satış mərkəzlərini ittiham edir. Onun sözlərinə görə toyuq ətinin qiyməti mağaza rəhbərləri tərəfindən süni yolla artırılıb. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. Toyuq məhsulunun topdan satış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.
© Xezerxeber.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl