Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Türk Lirəsi seçki ilə 1% ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsi seçki ilə 1% ucuzlaşdı

Türkiyədə keçirilmiş bələdiyyə seçkisinin nəticələri Türk Lirəsinin Dollar qarşısında təxminən 1% ucuzlaşması ilə nəticələnib.

 

Reklam_3_11

Dünən Türkiyədə keçirilmiş bələdiyyə seçkisində ən çox səsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (Ak Parti) toplasa da, Prezidentin partiyası ölkənin 3 böyük şəhərindən 2-də uduzub. İstanbulda cüzi fərqlə "Ak Parti"nin, Ankara və İzmirdə isə rəqib CHP-nin namizədi qalib gəlib. Eyni zamanda, Antaliya və Adana da da CHP-nin namizədi qalib olub. Daha ətraflı: Ərdoğanın partiyası Türkiyənin 3 böyük şəhərindən 2-də uduzub

 

Seçki nəticələrindən məyus olmuş şəkildə çıxış etmiş Ərdoğan, "Siz qiymətli qardaşlarımdan bir şeyi xahiş edirəm. Əsla küsməyin, üzülməyin… "Biz bu nəticəni gözləmirdik" deməyə ehtiyac yoxdur. Bu seçkinin birinci partiyası "AK Parti"dir. Digərləri düşünsün" deyib.

 

Türkiyədə bələdiyyələrin təxminən 56%-i "AK Parti" tərəfindən idarə olunacaqdır.

 

 

"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Dollar/TL məzənnəsi 1% artımla 5.6268 səviyyəsində, Avro/TL məzənnəsi isə 1,1% artımla 6.3311 səviyyəsində olub. 

01.04.2019 05:58

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ