Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Türk Lirəsinin Dollar qarşısında ucuzlaşması 2%-i keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsinin Dollar qarşısında ucuzlaşması 2%-i keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyədə keçirilmiş bələdiyyə seçkisinin nəticələri Türk Lirəsinin Dollar qarşısında təxminən 2%-dən çox ucuzlaşması ilə nəticələnib.


Dünən Türkiyədə keçirilmiş bələdiyyə seçkisində ən çox səsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (Ak Parti) toplasa da, Prezidentin partiyası ölkənin 3 böyük şəhərindən 3-də də  (İstanbul, Ankara və İzmirdə) uduzub.  


Seçki nəticələrindən məyus olmuş şəkildə çıxış etmiş Ərdoğan, "Siz qiymətli qardaşlarımdan bir şeyi xahiş edirəm. Əsla küsməyin, üzülməyin… "Biz bu nəticəni gözləmirdik" deməyə ehtiyac yoxdur. Bu seçkinin birinci partiyası "AK Parti"dir. Digərləri düşünsün" deyib.


"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 12:05-ə olan məlumata görə, Dollar/TL məzənnəsi 2,3% artımla 5.6968 səviyyəsində, Avro/TL məzənnəsi isə 2,4% artımla 6.4102 səviyyəsində olub. 

 

 

Türkiyə Seçki Komissiyasının (YSK) sədri Ekrem İmamoğlunun İstanbulda öndə olduğunu açıqlayıb. YSK Sədri Sadi Güven "Bu an etibarilə Ekrem İmamoğlu 4 milyon 159 min 650,  Binali Yıldırım 4 milyon 131 min 761 səs toplayıb",- deyib.

01.04.2019 10:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ