Yeni xəbər kanalının açılması üçün MTRŞ-a iki qurum müraciət edib
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqə ilə bağlı MTRŞ-ya iki qurum müraciət edib.
Bunu MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib.
O qeyd edib ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) və “TV media Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyəti” tələb olunan sənədləri Şuraya təqdim edib.
A.Hacıyev əlavə edib ki, müsabiqə üçün sənədlərin qəbulu aprelin 11-nə kimi davam edəcək: “Ona görə də yəqin ki, bundan sonra da müraciət olacaq. Yekun olaraq Şuranın iclası olacaq və qərar veriləcək”.
Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11mart 2019-cu il tariхdən 11 aprel 2019-cu il tariхədək müsabiqə elan edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
18 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
21 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
21 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl