Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ötən ilin ən gəlirli şirkəti bəlli olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən ilin ən gəlirli şirkəti bəlli olub

Ötən ilin 2018-ci ilin yekunlarına görə, dünyanın ən çox mənfəət gətirən müəssisəsi olan Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft-qaz şirkəti il ərzində 111,1 milyard ABŞ dolları həcmində xalis mənfəət əldə edib.

 

Reklam_3_11

“Bloomberg”xəbər verir ki, bu barədə “Moody’s Investors Service” məlumat yayıb. İkinci yerdə “Apple” şirkətinin (59,5 milyard dollar), üçüncü yerdə “Google” (30,7 milyard), dördüncü yerdə də “Exxon Mobil” (20,8 milyard) şirkəti qərarlaşıb.

 

Bundan əvvəl “Fitch Ratings” agentliyi “Saudi Aramco”nun vergi, faizlər, amortizasiya xərcləri çıxmadan 224 milyard dollar gəlir əldə etdiyini, bu göstəriciyə görə də “Apple” və “Exxon Mobil”dən xeyli irəlidə olduğunu diqqətə çatdırmışdı.

 

İstər “Moody”, istərsə də “Fitch” “Saudi Aramco”nun nəzərdə tutduğu dollar istiqrazlar buraxılışını yüksək qiymətləndirərək investisiya cədvəllərində (müvafiq olaraq A1 və A+) bu baxımdan şirkəti beşinci yerə layiq görüblər. “Bloomberg” gəlirinin 50 faizini mənfəət vergisi qismində, üstəlik dəyişən cədvəllə royalti vergisi ödəyən “Saudi Aramco”nun bu qədər vergi yükü olmasa, şirkətin daha yüksək dərəcə əldə edəcəyini də qeyd edib. Belə ki, hazırda hasil etdiyi hər barel neft “Royal Dutch Shell”ə 38 dollar, “Total”a 31 dollar gəlir gətirirsə, “Saudi Aramco”ya cəmi 26 dollar gətirir.

 

“Moody’s”in məlumatına görə, ötən il ərzində bütövlüklə dövlətə məxsus olan “Saudi Aramco” dövlətə 58,2 milyard dollar dividend ödədiyi halda 48,8 milyard dollar nağd ehtiyatı, 27 milyard dollar da borcu var.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Report

01.04.2019 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ