Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azərsun Holdinq”in sığorta şirkəti zərərdə - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun Holdinq”in sığorta şirkəti zərərdə - YENİLƏNİB

“Azərbaycan Sənaye Sığorta” ASC 2018-ci ili 2 milyon 172 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Şirkəti 2017-ci ili 141 min 491 manat, 2016-cı ili 1 milyon 735 min manat xalis mənfəətlə bağlamışdı. 2017-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın xalis mənfəəti 12 dəfə azalmışdı.

 

GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB

 

“Marja” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın cəmi gəlirləi 9 milyon 492 min manat, cəmi xərcləri 11 milyon 664 min manat təşkil edib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

2017-ci ildə  “Azərbaycan Sənaye Sığorta”nın cəmi gəlirləri 10 milyon 177 min manat, cəmi xərcləri isə 10 milyon 35 min manat təşkil edib.

 

İllik müqayisədə, şirkətin topladığı sığorta haqları 7 milyon 242 min manatdan 8 milyon 755 min manata yüksəlib, sığorta ödənişləri isə 3 milyon 710 min manatdan 2 milyon 862 min manata düşüb.

2017-ci illə müqayisədə 2018-ci ildə sair gəlirlərin azalması, sair xərclərin isə artması Şirkətin zərər etməsilə nəticələnib. 2017-ci ildə 1 milyon 281 min manat olmuş sair gəlirlər 2018-ci ildə 160 min manata düşüb. Sair xərclər isə 1 milyon 612 min manatdan 3 milyon 409 min manata yüksəlib.

 

 

İllik müqayisədə təkrarsığortaya verilmiş sığorta haqları 2 milyon 637 min manatdan 3 milyon 377 min manata yüksəlib.

 

“Azərbaycan Sənaye Sığorta” işlərin aparılması xərclərini cüzi azaldıb.

 

“Azərbaycan Sənaye Sığorta” ASC “Azərsun Holdinq”ə daxildir.

 

“STANDARTIN TƏLƏBİNƏ ƏSASƏN SİLİNİB”

 

“Azərbaycan Sənaye Sığorta” şirkətinin 2018-ci ildəki 2 milyon 172 min manat zərəri 2015 və əvvəlki illər yaranmış ümidsiz borcların silinməsi ilə əlaqədardır.

 

Bunu “Marja”ya Şirkətin Baş mühasibi Gülmira Quliyeva bildirib.

 

Onun sözlərinə görə, “Azərbaycan Sənaye Sığorta”nın cari vəziyyəti normaldır, şirkətin çətinlikləri yoxdur. 2017-ci illə müqayisədə 2018-ci ildə toplanan sığorta haqları artıb:

 

“2015 və əvvəlki illər icbari sığorta satıcıları icbari sığortanı satıb, ödənişi şirkətə mədaxil etmədilər. Bu səbəbdən debitor borclar yarandı. Həmin agentlər şirkətimiz tərəfindən məhkəməyə verilib. Biz bir neçə il gözlədik ki, bəlkə məhkəmə yolu ilə ödənişləri geri alaq. Təəssüf ki, debitor borcların bir hissəsi geri alındı. Rəhbərliyin qərarı ilə ümidsiz borclar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə əsasən silindi. Sığorta şirkətləri öz hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında tərtib edirlər. Eyni zamanda, 2018-ci ilin Yanvar ayından 9 saylı maliyyə alətləri adlı standart qüvvəyə minib. Bu standartın tələbinə görə, 365 gün və daha artıq müddətdə ödənilməmiş debitor borclar silinməlidir.Bu səbədən ötən il “Azərbaycan Sənaye Sığorta”nın xərcləri artmış və zərəri yaranmışdır” Gülmira Quliyeva əlavə etdi ki, 2016-cı ildən sonra gecikmədə olan debitor borc yaranmayıb və agentlərdən ödənişlər vaxtında yığılır.

02.04.2019 05:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ