Ən yuxarı statik reklam-3_3

Bu gecə neft qiymətləri xeyli yüksəlib - 70 DOLLARA YAXINLAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gecə neft qiymətləri xeyli yüksəlib - 70 DOLLARA YAXINLAŞDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gecə neft qiymətləri yüksəlib.

 

"Marja" xəbər verir ki, Brent neftinin qiyməti yenidən 69 dolları keçərək 69,20 dollara qalxıb. Brent nefti 2,3% bahalaşıb (Bakı vaxtı ilə saat 08:20-yə olan məlumat).

 

 

ABŞ xam nefti isə 2,7% bahalaşaraq 61,80 dollara qalxıb.  

 

Neft qiymətləri, dünyanın ikinci ən böyük iqtisadiyyatı Çinin sabitləşməkdə olduğuna dair işarələr və investorların bu həftə yenidən başlayacaq ABŞ ilə Çin arasındakı ticarət danışıqlarında razılaşma olacağına dair ümidləri ilə əlaqədar yüksəlib. 

 

Çinin Mart ayı üçün emal sektoru satınalma menecerləri indeksi (PMI) qlobal iqtisadiyyata dair narahatlıqların azalmasına səbəb olub və bütün maliyyə bazarlarında gözləntilərin yaxşılaşmasını dəstəkləyib. 


Çinin Baş nazirinin köməkçisi Liu He ABŞ ilə ticarət danışıqları üçün Vaşinqtona gedir. Həmçinin  Liu ABŞ Prezidenti Donald Tramp ilə də görüşəcək.
 

Neft bu ilin ilk rübündə, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və tərəfdaşlarının hasilatı azaltmaları ilə 32% bahalaşıb. 

 

Dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət müharibəsi və qlobal iqtisadiyyatın yavaşımasına dair işarələr neftdə bahalaşmanın məhdud qalmasına səbəb olur.

02.04.2019 06:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ