Mobil manşet üstü reklam-3_21

4 Brexit ssenarisi də rədd edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 Brexit ssenarisi də rədd edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniya Parlamenti, Brexit prosesinin gələcəyinə dair dörd fərqli ssenarini də qəbul etməyib. 
 

"Marja" xəbər veri ki, bütün variantlar rədd edilib.
 
 İcmalar Palatasında dünən axşam səsverməyə çıxarılmış variantlar:

Reklam_3_11


 -İngiltərənin Gömrük İttifaqı üzvlüyünün davam etməsi: 273 bəli, 276 xeyr
 

-Böyük Britaniyanın Gömrük İttifaqı, Vahid Bazar və Avropa Sərbəst Ticarət Sahəsi üzvlüyünün davam etməsi: 261 bəli, 282 xeyr
 

 -Brexit müqaviləsinin referendumla xalqın təsdiqinə təqdim edilməsi: 280 bəli, 292 xeyr
 

 - Brexit müqaviləsi olmaması vəziyyətində 50-ci maddənin tətbiqinin tək tərəfli dayandırılması və Brexit-in ləğv edilməsi: 191 bəli, 292 xeyr.
 

 
Böyük Britaniya hökuməti öz Brexit siyasəti və referendum nəticəsinə zidd olacaq ssenariləri tətbiq etmək niyyətində olmadığını açıqlamışdı.
 

İcmalar Palatasında ötən həftə də 8 ssenari səsverməyə çıxarılmış, ancaq heç bir qəbul edilməmişdi.
 

 

Digər tərəfdən deputatlar Brexit variantlarını müzakirə edərkən, parlamentin xalqdan izləyicilərə ayrılan hissəsində yer alan 12 ekoloq etirazçı soyunaraq poza verib. Polis, etirazçıları "əxlaqa zidd davranış" səbəbilə həbs edib.
 

İcmalar Palatasının cümə günü Brexit müqaviləsini üçüncü dəfə rədd etməsinin ardından, Avropa Birliyi ilə əldə olunan razılığa görə Brexit 12 Aprelə təxirə salınmışdır.
 

Normal təqvimə görə Böyük Britaniyanın keçən həftə cümə günü Avroapa Birliyindən rəsmən çıxmalı idi.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Böyük Britaniya hökumətinin Avropa Birliyi (AB) ilə razılaşdırdığı Brexit müqaviləsini parlamentdən keçirməməsi halında 10 Apreldə keçiriləcək AB liderlər zirvəsində, Brexit tarixinin bir daha və daha uzun müddətli təxirə salınması gözlənilir. Əks təqdirdə İngiltərə 12 Apreldə AB-dən müqaviləsiz ayrılmış olacaq.

02.04.2019 06:45

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ