Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərbaycan Sənaye Sığorta” zərərə düşməsinin səbəbini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Sənaye Sığorta” zərərə düşməsinin səbəbini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Sənaye Sığorta” şirkətinin 2018-ci ildəki 2 milyon 172 min manat zərəri 2015 və əvvəlki illər yaranmış ümidsiz borcların silinməsi ilə əlaqədardır.

 

Reklam_3_11

Bunu “Marja”ya Şirkətin Baş mühasibi Gülmira Quliyeva bildirib.

 

“STANDARTIN TƏLƏBİNƏ ƏSASƏN SİLİNİB”

 

Onun sözlərinə görə, “Azərbaycan Sənaye Sığorta”nın cari vəziyyəti normaldır, şirkətin çətinlikləri yoxdur. 2017-ci illə müqayisədə 2018-ci ildə toplanan sığorta haqları artıb:

 

“2015 və əvvəlki illər icbari sığorta satıcıları icbari sığortanı satıb, ödənişi şirkətə mədaxil etmədilər. Bu səbəbdən debitor borclar yarandı. Həmin agentlər şirkətimiz tərəfindən məhkəməyə verilib. Biz bir neçə il gözlədik ki, bəlkə məhkəmə yolu ilə ödənişləri geri alaq. Təəssüf ki, debitor borcların bir hissəsi geri alındı. Rəhbərliyin qərarı ilə ümidsiz borclar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə əsasən silindi. Sığorta şirkətləri öz hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında tərtib edirlər. Eyni zamanda, 2018-ci ilin Yanvar ayından 9 saylı maliyyə alətləri adlı standart qüvvəyə minib. Bu standartın tələbinə görə, 365 gün və daha artıq müddətdə ödənilməmiş debitor borclar silinməlidir. Bunu nəzərə alan rəhbərlik, standartın tələblərinə əsasən, ümidsiz borcun gəlir hesabına silinməsinə qərar verdi. Bu səbədən ötən il “Azərbaycan Sənaye Sığorta”nın xərcləri artmış və zərəri yaranmışdır”

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Gülmira Quliyeva  əlavə etdi ki, 2016-cı ildən sonra gecikmədə olan debitor borc yaranmayıb və agentlərdən ödənişlər vaxtında yığılır.

 

Həmçinin oxu: “Azərsun Holdinq”in sığorta şirkəti zərərdə

 

02.04.2019 08:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ