Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Palata bank sektorundakı son vəziyyəti açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata bank sektorundakı son vəziyyəti açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 950.8 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 708 milyon manat təşkil edib.

 

Sektorun balans kapitalı 4 milyard 242.8 milyon manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348 milyon manat), öhdəlikləri 0.9% (222.3 milyon. manat), balans kapitalı isə 3.0% (125.5 milyon manat) artıb.

 

Bankların kredit portfeli fevral ayında 0.7% (88.9  milyon manat) artaraq 12 milyard 629.9 milyon  manat təşkil edib.

 

2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 118.5 milyon manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 milyon manat) artıb.

 

Fevral ayında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon  manat təşkil edib.

 

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun  işçi  heyətinin sayında artım fevral ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% (95 nəfər) artaraq 17 683  nəfər təşkil edib.

 

02.04.2019 09:52

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ