Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bankların xalis mənfəətində böyük azalma

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların xalis mənfəətində böyük azalma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin Yanvar- Fevral aylarında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon manat təşkil edib. 

 

Reklam_3_11

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

2018-ci ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 2,9 dəfə azalıb. Səbəb bu il bankların mənfəətin böyük hissəsini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarıdır. 

 

2018-ci ilin ilk 2 ayı ərzində bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis 141.3  milyon manat təşkil etmişdi. 

 

BANKLARIN GƏLİRLƏRİ ARTIB

 

2019-cu ilin yanvar-fevral ayları ərzində bankların cəmi gəlirləri 418,5 milyon manat, cəmi xərcləri 304,8 milyon manat təşkil edib. Nəticədə 113.7 milyon manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətinin 55.4 milyon manatı ehtiyatlara yönəldilib. 2.1 milyon manatlıq “digər gəlirlər” daxil bank sektorunun mənfəəti 60.4 milyon manata düşüb. Bu mənfəətdən də 11.2 milyon manat mənfəət vergisi ödənilib.

 

 

2018-ci ilin ilk 2 ayı ərzində bankların cəmi gəlirləri 357,7 milyon manat, cəmi xərcləri isə 244 milyon manat təşkil etmişdi. Nəticədə 113.7 milyon manat əməliyyat mənfəəti formalaşmışdı. Eyni zamanda, əvvəlki dövrlər yaradılmış ehtiyatdan azad olmuş 30.8 milyon manat mənfəətə əlavə edilmişdi. Nəticədə, digər gəlirlər daxil bank sektorunun cəmi mənfəəti 145.5 min manata qalxmışdı. Bu mənfəətdən 4.2 milyon manat mənfəət vergisi ödənilmişdi.

 

02.04.2019 10:10

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ