Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Onların banklara 1000 manata qədər borcları bağışlanacaq - QƏRAR QƏBUL EDİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Onların banklara 1000 manata qədər borcları bağışlanacaq - QƏRAR QƏBUL EDİLDİ

29 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir.​

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

“Marja” ABA-ya istinadən xəbər verir ki, iclasdayekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN-ə qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilmişdir.

 

 

Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə olunub. 

 

“Azərbaycan Respublikası Prezidenti 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Əhalinin ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə dövlət dəstəyini ehtiva edən bu Fərman, devalvasiya nəticəsində borc yükü artmış şəxslərin rifah halının yaxşılaşdırılmasına, onların banklar qarşısında öhdəliklərinin icrasına dəstək olmaqla yanaşı, maliyyə-bank sisteminin dayanıqlı inkişafının təmin edilməsinə xidmət edir.

 

Fərmanda göstərilən əsas məsələlərlə bərabər 6.3-cü maddəsində banklara fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək tövsiyə edilmişdir. Bu tövsiyələrin icrası məqsədi ilə bank icması da öz növbəsində görülməli olan ilkin dəstəkləyici tədbirlər müəyyən etməkdədir”, - Banklar Assosiasiyasının məlumatında deyilir.

02.04.2019 10:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ