Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bank sektorunda canlanma güclənib - GƏLİRLƏR ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektorunda canlanma güclənib - GƏLİRLƏR ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabatdan bank sektorunda canlanmanın gücləndiyi görünür.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, diqqəti cəlb edən bankların müştərilərə verdiyi kreditlərin artmasıdır. 28 Fevral 2019-cu il tarixində bankların müştərilərə verdiyi kreditlər 12 milyard 629.9 milyon manat təşkil edib. Cari ilin Fevral ayı ərzində müştərilərə verilmiş kreditlər 88,9 milyon manat artıb. 31 Dekabr 2019-cu il tarixində cəmi kreditlər 12 milyard 541 milyon manata düşümüşdü.

 

Ötən ilin 28 Fevral tarixi ilə müqayisədə kreditlər 1 milyard 482,9 milyon manat artıb. Belə ki, 28 Fevral 2018-ci il tarixində müştərilərə verilmiş kreditlər 11 milyard 147 milyon manat, 31 Dekabr 2018-ci il tarixində isə 12 milyard 628.3 milyon manat təşkil etmişdi.

 

 

Müştərilərə verilmiş kreditlərin artması bankların faiz gəlirlərinin artmasında özünü göstərib. Belə ki, ötən ilin ilk 2 ayı ərzində bank sektorunun cəmi faiz gəlirləri 287 milyon manat ikən, 2019-cu ilin eyni dövründə 319.3 milyon manat təşkil edib (32,3 milyon manat daha çox). Kreditlər üzrə faiz gəlirləri 189.2 milyon manatdan 226.9 milyon manata yüksəlib.

 

Bankların qeyri-faiz gəlirlərində də artım müşahidə olunur. Belə ki, 2018-ci ilin yanvar-fevral ayında 70.7 milyon manat olmuş qeyri-faiz gəlirləri, 2019-cu ilin eyni dövründə 28,5 milyon manat daha çox - 99.2 milyon manat təşkil edib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Müştərilərə verilən kreditlərin artması bankların vəsaitə olan ehtiyacını artırıb. 2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 118.5 milyon manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 milyon manat) artıb.

 

 

Cədvəl 1. Bank sektorunun icmal balansı

(mln. manatla)

Aktivlər

28.02.2018

28.02.2019

1. Nağd vəsaitlər

1,295.9

1,287.2

2. Mərkəzi Bankda müxbir hesablar*

2,739.9

1,895.5

3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar)

1,781.5

2,411.2

4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər

7,814.4

6,410.3

5. Qiymətli kağızlar

2,471.6

4,223.4

6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər

242.6

250.9

6.1 xalis kreditlər

192.4

229.2

7. Müştərilərə verilən kreditlər

11,147.2

12,629.9

7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

1,469.9

1,522.8

7.2 Xalis kreditlər

9,677.3

11,107.1

8. Əsas vəsaitlər

858.2

939.5

9. Qeyri-maddi aktivlər

127.5

145.7

10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)

1,540.1

1,301.7

11. Cəmi aktivlər

28,498.8

29,950.8

 

 

Öhdəliklər

28.02.2018

28.02.2019

1. Depozitlər (maliyyə institutları istisna olmaqla)

17,140.3

19,118.0

1.1 Fiziki şəxslərin depoziti

7,737.2

8,118.5

1.1.1 müddətli

5,262.8

5,330.0

1.1.2 tələbli

2,474.4

2,788.5

1.2 Hüquqi şəxslərin depoziti**

9,403.1

10,999.5

1.2.1 müddətli

1,827.8

1,727.5

1.2.2 tələbli***, o cümlədən

7,575.3

9,272.0

    
 

- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri

-

95.6

2. Mərkəzi Bankın banklara qarşı tələbləri

497.5

347.7

3. Loro hesablar

190.7

180.2

4. Maliyyə institutlarının depozitləri

1,428.2

1,105.0

5. Bankların kreditləri

217.2

83.9

6. Digər maliyyə institutlarının kreditləri

1,885.8

1,962.7

7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar

1,852.3

1,775.6

8. Digər passivlər****

1,401.6

1,134.9

9. Cəmi öhdəliklər

24,613.6

25,708.0

 

 

KAPİTAL

28.02.2018

28.02.2019

10. Xüsusi kapital

3,635.6

3,960.8

11. Ümumi ehtiyatlar

249.6

282.0

12. Cəmi kapital

3,885.2

4,242.8

13. Cəmi öhdəliklər və kapital

28,498.8

29,950.8

    

 

Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdır. Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri hüquqi şəxslərin depozitlərində əks olunmuşdur

* Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla

** Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla

*** Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla

**** Fiziki şəxslərin subordinasiya xarakterli depozitləri nəzərə alınmaqla


 

Cədvəl 2. Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)

(mln. manatla)

 

Mənfəət və zərər maddələri

28.02.2018

28.02.2019

1. Faiz və gəlirlərin bu qəbildən olan növləri

287.0

319.3

1.1 Kreditlər üzrə faizlər

189.2

226.9

- çıx hesablanmış faizlər üzrə yaradılmış məqsədli ehtiyatlar

 

44.3

2. Faiz və onlara bağlı xərclər

101.1

96.3

2.1 depozitlər üzrə faizlər

63.7

61.4

3. Xalis faiz gəliri (zərəri)

185.9

178.7

4. Qeyri-faiz gəlirləri

70.7

99.2

5. Qeyri-faiz xərcləri

142.9

164.2

6. Əməliyyat mənfəəti (zərəri)

113.7

113.7

7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

(30.8)

55.4

8. Digər gəlirlər (xərclər)

1.0

2.1

9. Vergilər ödənilənədək mənfəət (zərər)

145.5

60.4

10. Mənfəətdən vergilər

4.2

11.2

11. Xalis mənfəət (zərər)

141.3

49.2

 

02.04.2019 11:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ