Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dollar kreditlərinə kompensasiyanın hesablanması və ödənilməsi qaydası açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar kreditlərinə kompensasiyanın hesablanması və ödənilməsi qaydası açıqlandı

2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin (cəmi 10 000 dollardan artıq olmamalıdır) hər 1 ABŞ dollarına 0,25 manat, 2015-ci il dekabrın 21-nə  olan əsas kredit borcunun qalıq məbləğinin (cəmi 10 000 dollardan artıq olmamalıdır) hər 1 ABŞ dollarına 0,60 manat kompensasiya ödəniləcəkdir. Əgər hər iki tarixdə xarici valyutada  əsas kredit borcu mövcud olmuşdursa, bu zaman hər iki tarixə hesablanmış kompensasiya məbləğləri cəmlənəcəkdir.


 

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” hazırlanıb.

 

Həmçinin oxu: Problemli kreditlərin həlli ilə bağlı mexanizm və qayda açıqlandı

 

“Marja” xəbər verir ki, qaydalarda kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması qaydası göstərilib.

 

Qaydalara görə, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir:

 

1.2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır.

 

2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır.

 

Kompensasiya məbləği aşağıdakı qaydada hesablanacaqdır:

 

 1-ci şərtdə nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:

 

1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır. Hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir.

 

2-ci şərtdə nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:

 

Fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;. Hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir.

 

2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə yuxarıda qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir.

 

Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır.

 

 

Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir.

 

KOMPENSASİYA BANKLARDA VƏ POÇTLARDA ÖDƏNİLƏCƏK

 

Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçiriləcəkdir.

 

Bank olmayan kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçiriləcəkdir.

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

500 MANATDAN YUXARI KOMPENSASİYA KARTLA ÖDƏNİLƏCƏK

 

Banklar və poçt rabitəsinin milli operatoru 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini onlar tərəfindən emissiya edilmiş və kompensasiya veriləcək şəxsin adına olan ödəniş kartlarına köçürməklə həyata keçiriləcəkdir. Banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar banklar və poçt rabitəsinin milli operatoru tərəfindən pul köçürməsi (fiziki şəxsin adına bank hesabı açılmadan nağd pulun onun xeyrinə köçürülməsi əməliyyatı) yolu ilə veriləcəkdir.

 

Qaydaları ilə ətraflı buradan tanış olun.

 

02.04.2019 12:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ