Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bu il Dolların 6 faiz ucuzlaşacağını gözləyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu il Dolların 6 faiz ucuzlaşacağını gözləyirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da iqtisadi inkişaf investorlarda narahatlıq yaradır. Dünyanın ən böyük iqtisadiyyatının ləngiməsilə əlaqədar olaraq investorlar ABŞ Dollarından uzaq durmağa başlayıblar.

 

"Morgan Stanley", Dolların ABŞ-da yavaşlayan iqtisadi artıma və Fed-in faiz artırmağı təxirə saldığına görə bu il 6 faiz ucuzlaşacağını gözləyir.



 

Qlobal investisiya bankı "Morgan Stanley"ə görə, dollar üçün bu il ən yaxşı günlər sona çatıb.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

"Marja" xəbər verir ki, Bankın analitikləri, dolların, ABŞ iqtisadiyyatında artımın yavaşlaması və Fed-in "göyərçin" mövqeyinin dünyanın ən böyük ehtiyat valyutası üzərində təzyiq yaratması ilə əlaqədar olaraq bu ilin sonuna qədər 6 faiz düşəcəyini ehtimal edirlər. 

 

"Morgan Stanley"in strateqlərinə görə, Dolların qiyməti ən yüksək səviyyəsinə çatıb və bazarın gözləntilərindən daha çox düşəcəkdir.


Banka görə, dolları son dövrdə dəstəkləyən amerikalı investorların qazanclarını ölkəyə gətirməsi də azalacaq. 

 

Beləliklə "Morgan Stanley", dolların zəifləyəcəyi barədə "Goldman Sachs Group Inc"  və "Western Asset Management"ə oxşar fikirləri müdafiə etmişdir. ABŞ Dollarının 10 mühüm valyuta qarşısında qiymətini göstərən Bloomberg Dollar Spot İndeksi ötən il 3 faiz artdıqdan sonra 2019-cu ildə G-10 ölkələrinin pulları qarşısında çox dəyişməyib.  

 

 

Digər tərəfdən, dollardan uzaqlaşanlar, sadəcə, strateqlər deyil.
 

Beynəlxalq Valyuta Fondunun (IMF) Cümə günü açıqladığı məlumatlara görə, qlobal mərkəzi bankların dollardakı ehtiyatları ardıcıl üç rüb azalaraq 2013-cü ildən bu yana ən aşağı səviyyəsinə enib.Dollar "rezerv" valyutası kimi cazibəsini itirir. 

 

Strateqlər, "Dolların zəifləməsi onu daha az cəlbedici edir. Vəziyyətin bir çıxılmaz dairəyə çevrilməsilə risklərinin yüksək olduğunu düşünürük" şəklində bildiriblər.

 

Qeyd edək ki, Dollar Avro qarşısında da ucuzlaşıb. Bakı vaxtı ilə saat 15:45-də Avro/Dollar məzənnəsi 1.1203 səviyyəsində olub. Məzənnənin  tezliklə 1.11 səviyyələrinə düşəcəyi gözlənilir.

02.04.2019 13:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ