Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qlobal durğunluq xəbərdarlığı edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal durğunluq xəbərdarlığı edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Moody's Analytics"in Baş iqtisadçısı Mark Zandi, ABŞ və Çinin 3 ay ərzində ticarət müqaviləsi bağlamaması halında qlobal iqtisadiyyatın durğunluğa girəcəyi barədə xəbərdarlıq edib.
 
 
"Marja" xəbər verir ki, Zandi, "ABŞ və Çin yaxın 3 ay ərzində razılaşmasa qlobal iqtisadiyyatın durğunluğa girəcəyi ehtimalı böyükdür",- deyib. 

 
Zandinin bu proqnozu, dünyanın ən böyük iki iqtisadiyyatının keçən il başlayan ticarət "müharibələrinin" iş dünyasının etibarını fövqəladə pisləşdirdiyi bir dövrə təsadüf edir.

 

CNBC-yə danışan Zandi apardıqları bir sorğunun, müəssisələrin etibarının 10 il əvvəlki böhranın sonundan bu yana ən aşağı səviyyədə olduğunu göstərdiyini bildirib. Güman ki, bu pisləşməyə ticarət "müharibələrinin" səbəb olduğunu deyib.

 

 

2 ölkənin 3 ay ərzində razılaşmamasının bir durğunluğu mümkün hala gətirəcəyini bildirən Zandi, "Bir saziş olmasa bu şirkətlərin narahatlıqlarını daha da artıracaqdır. İşə qəbullar azalır. İşsizlik yüksəlir, istehlakçıların iqtisadiyyata olan etibarı azalır", - deyib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Zandi,"artan iqtisadiyyatla durğunluq arasındakı fərq sadəcə iqtisadiyyata göstərilən etimaddır. Əgər etimadı itirsəniz, heç bir Mərkəzi Bankı da bunu yenidən bərpa edə bilməz. Elə bu da durğunluqdur",- deyə əlavə edib. 

 

Bir ölkə iqtisadiyyatında (Ümumi Daxili Məhsulunda (ÜDM)) ən azı ardıcıl iki azalmanın baş verməsinə durğunluq deyilir. Başqa sözlə, durğunluq iqtisadiyyatda azalma, tənəzzül vəziyyətidir. Belə bir şəraitdə; İqtisadiyyat impulsunu itirir, tələb azalır və ümumiyyətlə, bir pessimizm havası hakim olur. İqtisadi artım nisbətindəki hər 1 bəndlik geriləmə, 80-100 min nəfərlik bir işsiz kütləsinin iş tapmasını əngəlləyir.

 

DURĞUNLUĞUN TƏSİRLƏRİ NƏLƏRDİR?
 
-Ölkə iqtisadiyyatı kiçilir,
 
-Ölkənin yerli pul vahidi dəyər itirir,
 
-İdxal məhsulların qiymətləri artır və idxal mənşəli bir inflyasiya təzyiqi yaranır. Bu səbəbdən xalqın alıcılıq qabiliyyəti azalır,
 
-Sənaye istehsalında azalma yaşanır və işsizlik nisbəti artır,
 
-Birja və valyuta bazarlarına ciddi zərər verir.

02.04.2019 14:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ