Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Huawei-nin illik satışları 100 milyard dolları keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Huawei-nin illik satışları 100 milyard dolları keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Huawei-nin xalis mənfəəti illik 25,1 faiz artımla 8,9 milyard dollara çatıb.



 
Huawei 2018-ci ilin maliyyə nəticələri hesabatını dərc edib.

 

"Marja" xəbər verir ki, hesabata görə,  şirkət 2018-ci ildə əhəmiyyətli bir inkişaf qeyd edib. Satış gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 19,5 faiz artaraq 107,5 milyard dollar səviyyəsinə çatan Huawei-nin xalis mənfəəti isə illik 25,1 faiz artımla 8,9 milyard dollara yüksəlib.


 
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Huawei 2018-ci ildə Ar-Ge-yə (araşdırmaya) 15,8 milyard dollar (satış gəlirinin 14,1%-i nisbətində) investisiya edib.


 
Son 10 ildə, Huawei-nin Ar-Ge xərcləri 67 milyard dollardan çox olub. Dünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən nəşr olunan rəsmi məlumatlara görə, Huawei 2018-ci ildə 5 min 405 patent ərizəsi ilə müraciət edib. Huawei dünya üzrə ən çox patent ərizəsilə müraciət edən şirkət olub.
 

 

Huawei daimi 5G-yə sərmayə yatırır. 

 

"Kiber təhlükəsizlik və istifadəçi məxfiliyinin qorunması hər zaman ən önəmli müzakirə mövzumuz olub. Huawei ilə işləməyi seçən şirkətlərin 5G dövründə ən rəqabətə davamlı təşkilatlar olacağına əminik. Huawei ilə iş birliyində olan ölkələr, bir sonrakı rəqəmsal iqtisadi  inkişaf dalğasında da üstünlüklər əldə edəcəklər",- Huawei-nin  İcraçı direktorlarından Guo Ping bildirib. 

03.04.2019 06:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ