Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“BP, “Exxon” və “Chevron”un “Azəri-Çıraq-Günəşli”dəki paylarını almağa hazırdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“BP, “Exxon” və “Chevron”un “Azəri-Çıraq-Günəşli”dəki paylarını almağa hazırdır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Böyük Britaniyanın “BP” şirkəti Azərbaycanın “Azəri-Çıraq-Günəşli” layihəsində “Exxon” və “Chevron”un paylarının satın alınmasını nəzərdən keçirməyə hazırdır.

 

Reklam_3_11

"Marja" xəvbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Robert Dadli məlumat verib.

 

“AÇQ”-da iştirakımız bizi məmnun edir. Düşünürəm ki, payımızı artırmaq imkan yaransa bu bizim üçün təbii seçim olacaq, lakin hər şey qiymətdən asılı olacaq”, - deyə o bildirib.

 

Hələlik “Exxon” və “Chevron” öz paketlərini qiymətləndirirlər və satış üzrə tenderə başlamayıblar.

 

“Azəri-Çıraq-Günəşli” layihəsində BP-nin payı 30,37%, ARDNŞ-nin - 25%, “Chevron” və “ExxonMobil”in – müvafiq olaraq 9,57% və 6,79%, “ONGC”-nin - 2,31%, “Inpex Corp. və “Itochu Oil”un - müvafiq olaraq 9,31% və 3,65%, “Statoil”un - 7,27%, “TPAO”-un - 5,73% təşkil edir. 

 

 

Qeyd edək ki, ötən ilin dekabr ayında “ExxonMobil” AÇG-dəki 6,79%-lik payını, "Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi.

 

"AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blokun 2050-ci ilədək işlənməsində dair yenidən işlənmiş saziş imzalanıb. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© “İnterfax” 

03.04.2019 09:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ