Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sahibkarların borclarına güzəştlər tətbiq olunacaq - QƏRAR QƏBUL EDİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarların borclarına güzəştlər tətbiq olunacaq - QƏRAR QƏBUL EDİLDİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Banklar tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması ilə bağlı qərar qəbul edilib.


 

26 mart tarixində Bakının Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində burada ticarətlə məşğul olan sahibkarlara xeyli miqdarda ziyan dəymişdir.

 

Dövlət başçısı mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirmiş, “Baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” 28 mart 2019-cu il tarixli və “Baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” 29 mart 2019-cu il tarixli Sərəncamlar imzalamışdır.

 

 

Baş vermiş hadisə ilə bağlı ölkə Prezidentinin çağırışına cavab olaraq yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kömək göstərilməsi məqsədilə banklarda kredit borcu olan sahibkarların kreditlərinin restrukturizasiya olunması, kreditlərə görə hesablanmış cərimələrin (peniyaların) bağışlanması, faizlərinin aşağı salınması məsələri Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 29 mart 2019-cu il tarixdə keçirilmiş iclasında müzakirə olunmuşdur.

 

Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, qeyd olunan məsələ ilə əlaqədar çıxış və təkliflər dinlənildikdən sonra "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilmişdir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

İclasın sonunda Azərbaycan Banklar Assosiasiyasının üzvləri "Diqlas” ticarət mərkəzində zərər çəkmiş sahibkarlara köməklik məqsədilə böyük humanist addım atdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmiş, ölkəmizin inkişafı naminə hər zaman Azərbaycan Respublikasının Prezidentinin yanında olacaqlarını bəyan etmişlər.

03.04.2019 11:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ