Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Rusiya şirkətləri arasında üç saziş imzalanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Rusiya şirkətləri arasında üç saziş imzalanacaq

Aprelin 4-də Rusiya Federasiyası sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında biznes forumu keçiriləcək.

 

Reklam_3_11

Hökumətdəki mənbələrə istinadən xəbər verilir ki, biznes forum çərçivəsində üç sənədin imzalanması gözlənilir.

 

Belə ki, Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, “AzOkso” ilə “Serviceİnvest” arasında hasarlama sistemlərinin qurulmasına dair anlaşma memorandumu, həmçinin “AzOkso” ilə Avtomobil Yolları Dövlət Agentliyi arasında saziş imzalanacaq.

 

 

Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollara yaxın, Azərbaycan isə qonşu ölkənin iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırıb.

 

Hazırda Azərbaycanda 450-dən artıq Rusiya ilə müştərək müəssisə və 300-ə yaxın 100 faiz Rusiya kapitalı olan müəssisə fəaliyyət göstərir.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi son bir ildə 4 faiz artaraq 2019-cu ilin yanvar-fevral aylarının yekunlarına görə 340,5 milyon dollar təşkil edib. Azərbaycanın xarici ticarət ortaqları arasında üçüncü yerə sahib olan Rusiya Federasiyası idxal həcminə görə ikinci, ixracata görə də onuncudur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

03.04.2019 11:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ