Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

60-dan artıq Rusiya şirkəti Azərbaycana gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
60-dan artıq Rusiya şirkəti Azərbaycana gəlir

Rusiyanın işgüzar missiyasının Azərbaycana səfəri zamanı iki ölkənin şirklətləri arasında əməkdaşlığa dair bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Rusiya İxrac Mərkəzi məlumat verir.

 

“Aprelin 4-də Rusiyanın işgüzar missiyası Azərbaycana gələcək. Missiyaya 60-dan artıq Rusiya şirkəti daxildir. Həmin şirklətlər kənd təsərrüfatı və avtomobil maşınqayırması, kimya sənayesi, rəqəmsal xidmətlər və informasiya təhlükəsizliyi üçün həllər təklif edən, ASK sektorunu təmsil edirlər”, - RİM-in məlumatında deyilir.

 

Mərkəzin baş direktoru Andrey Slepnev işgüzar missiyanın müsbət yekunlarında əmindir. “Bakıda RİM-in nümayəndəliyi fəaliyyət göstərir, bir iki ölkənin şirkətlərinin işgüzar əməkdaşlığın genişlənməsinə olan marağını görürük. İşgüzar missiya məhz biznesin dialoqunun təşkilinə yönəlib, əminəm ki, bu konkret razılaşmalara keçəcək. Məhz işgüzar missiya çərçivəsində bir sıra yeni sazişlər imzalanacaq”, - A.Slepnev vurğulayıb.

 

Bakıda keçiriləcək tədbirlədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edəcəklər. Missiya çərçivəsində işgüzar əməkdaşlığın təşkilinin perspektivlərinin müzakirəsi məqsədilə ikitərəfli görüşlər keçiriləcək.

 

 

Öncə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin bəyan edib ki, Rusiya ikitərəfli əlaqələrin qurulması məqsədilə 2019-cu ildən etibarən Azərbaycana sənaye missiyaları təşkil etməyi planlaşdırır. Onun sözlərinə görə, belə missiyaların əsas məqsədi “əməkdaşlığın qurulması və birgə istehsalat imkanlarının təhlilidir”. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© İnterfaks-Azərbaycan

03.04.2019 12:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ