Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İdxal məhsulların içlik vərəqələrinin monitorinqi aparılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdxal məhsulların içlik vərəqələrinin monitorinqi aparılacaq

“Yeni fəaliyyətə başlayacaq Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs bir sıra işlər görməklə yanaşı xarici ölkələrdən Azərbaycana idxal olunan bəzi məhsulların içlik vərəqələrin monitorinqini də aparacaq”.

 

Reklam_3_11

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

 

“Mərkəzin əsas fəaliyyət istiqaməti dilin saflığının qorunması və ədəbi dilin normalarına riayət olunmasından ibarətdir. Bununla yanaşı, xaricdən ölkəmizə idxal olunan məhsulların içlik vərəqələri Monitorinq Mərkəzindən müşahidədən keçiriləcək. Bir müddət əvvəl biz ölkəmizə idxal olunan dərmanların içliklərinin monitorinqlərdən sonra tərcüməsinə və anlaşıqlı şəkildə izahına nail olmuşuq. Bunun faydasını hamımız görürük”, - deyə, M.Nağısoylu əlavə edib.

 

Akademikin sözlərinə görə, Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi bu ilin ortasına qədər fəaliyyətə başlayacaq: “Biz Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin nizamnaməsini, ştat vahidini, strukturunu hazırlayıb təkliflərimizi verdik. Biz öhdəmizə düşən bütün vəzifələrini yerinə yetirdik. Mərkəz geniş səlahiyyətli publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Biz Monitorinq Mərkəzi tərəfindən ədəbi dilin normalarına riayət etməyən müvafiq qurumların, fiziki və hüquqi şəxslərin cərimə olunmasını da təklif etmişik”.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Report

03.04.2019 12:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ