Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanlı iş adamı qurbağa ətini Rusiya bazarına çıxarıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı iş adamı qurbağa ətini Rusiya bazarına çıxarıb

“Ötən il Azərbaycanda yaradılan “Azərifrog” MMC qurbağa əti istehsalı istiqamətində hazırda fəaliyyətini davam etdirir”.

 

Bu haqda  Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

 

F.Talıblı bildirib ki, qurum lazımi sənədlər üçün onlara müraciət edib: “Biz də onların istəyinə uyğun olaraq araşdırma apardıqdan sonra sənədləşmə işlərini həll etdik. Amma MMC-nin bu günədək nə qədər ixrac əməliyyatı icra etdiyi barədə məlumatımız yoxdur”.

 

“Azərifrog” MMC-nin rəhbəri Rauf Hüseynzadə açıqlamasında hələlik işlərin davam etdirildiyini bildirib:

 

“Hazırda qurbağa əti istehsalını davam etdiririk. İndiyə qədər əsasən, qurbağa ixracını Rusiya bazarına etmişik. Bu il isə Avropa ölkələrinə ixrac etməyi planlaşdırırıq”.

 

R.Hüseynzadə daha ətraflı məlumatı ixrac əməliyyatları gerçəkləşəndən sonra verəcəyini deyib.

 

Qeyd edək ki, “Azərifrog” MMC-nin rəhbəri R.Hüseynzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur.

 

Fransanın Nantes şəhərində eyni adlı universitetin MBA üzrə magistraturasında təhsil alıb, Fransada yaşayır. Onun Azərbaycanda qurbağa istehsalına başlaması isə tam təsadüf nəticəsində baş verib. 

 

R.Hüseynzadə restoranda yemək zamanı qurbağa əti ona maraqlı gəlib. Fransada qurbağa ətinin varlı insanların süfrəsində yer aldığını öyrənəndən sonra Azərbaycanda qurbağa istehsalına başlamağı qərara alıb.

 

Salyanda qurbağa ferması “Azərifrog” MMC tərəfindən 2015-ci ildə yaradılıb və 2016-ci ilin yayından fəaliyyətə başlayıb.

 

©Modern.az

06.03.2017 12:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ