Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

III Maliyyə və İnvestisiya Forumu ilə keçiriləcək - TARİX

iç səhifə xəbər başlığı altı (mobil)_31
III Maliyyə və İnvestisiya Forumu ilə keçiriləcək - TARİX

4 may 2019-cu il tarixində Bakı şəhərində, “Pullman” oteldə ölkəmizin aparıcı şirkətlərinin iştirakı ilə “İnnovasiya və şəffaflıq” devizi altında III Maliyyə və İnvestisiya Forumu ilə keçiriləcəkdir.

 

Bu ilki forumun keçirilməsində əsas məqsəd ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional miqyasda Azərbaycan Respublikasının mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaq və geniş auditoriyanı maarifləndirməkdən ibarətdir.

 

Ötən illərdə olduğu kimi forumda yerli və xarici spikerlərin çıxışları timsalında dünya və Azərbaycanın gündəmdə olan maliyyə, vergi və iqtisadi mövzuları müzakirəyə çıxarılacaq.

 

Forum bir gün ərzində 3 panel - “İnvestisiya və maliyyələşmə strategiyaları”, “Vergi siyasəti və mühasibat uçotu” və “Sahibkarlıq və innovasiya” panelləri üzrə keçiriləcəkdir.

 

Forumda əsasən aşağıdakı mövzular üzərində məruzə və diskussiyyalar aparılacaqdır:

 

Rəqəmsal bankçılığın inkişafı, şirkətlərə maliyyə vəsaitlərinin cəlbi, ERP sistemlərinin qurulması, big data analitika və maliyyə sisteminə tətbiqi, start up-lara investisiyalar, kölgə iqtisadiyyatı ilə mübarizə, vergi qanunvericiliyinin tətbiqi, sahibkarlığın inkişafı kimi mövzular müzakirəyə çıxarılacaq. 

 

Azərbaycan Respublikasında innovasiya sahibkarlığı sahəsində fəaliyyətinin davamlı inkişafı, innovasiya sferası subyektlərinin fəaliyyətini genişləndirmək üçün hərtərəfli imkanların yaradılması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Hökumət tərəfindən innovasiya sisteminin formalaşması və inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi, innovasiya layihələrin maliyyələşməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması, innovativ xarakterli inkişaf təcrübəsinin öyrənilməsi, inkişaf strategiyasının hazırlanmasında ondan istifadə edilməsi və digər məsələlərlə bağlı bir sıra mühüm sənədlər imzalanmış və konkret hədəflər müəyyən edilmişdir.

04.04.2019 06:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ